Cari ilin ikinci Ay tutulması (qismən) başa çatıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma saat 00:03-də başlayıb və təxminən saat 02:59 radələrində başa çatıb.
Ay tutulması Azərbaycanda da müşahidə olunub.
Eyni zamanda bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olub.
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.
***
00:19
Bu saatlarda ilin ikinci Ay tutulması (qismən) başlayıb.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yenicag.az-a verilən məlumata görə, proses saat 01:31-də maksimum həddə olacaq.
Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.
www.yenicag.az