İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında Yenicag.az-a verilən məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq və saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək.
Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.
www.yenicag.az