!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İkinci dünya müharibəsində aşiq olan cütlük 75 il sonra görüşdü - FOTO

!Reklam – Yazi

İkinci dünya müharibəsi zamanı Fransada bir-birlərinə aşiq olan amerikalı əsgər ilə fransız qız 75 il sonra görüşüblər.

Yenicag.az ölkə.az-a istinadən xəbər verir ki, cütlüyün görüşü Fransa televiziyası tərəfindən lentə alıb.

Hadisə 1944-cü ildə baş verib. 24 yaşlı amerikalı əsgər KT Robbins Fransanın şimali-qərbindəki Briey qəsəbəsinə xidmətə göndərilir. O, bu qəsəbədə 18 yaşlı fransı Janna Qanayeyə aşiq olur. İki aylıq sevgidən sonra Robbins Şərq Cəbhəsinə göndərilir. Sevgililər bir-birlərini bir daha görə bilmirlər.

Onlar hər ikisi sonradan başqa insanlarla ailə qursalar da, Robbins onun fotosunu saxlayır.

2019-cu ildə 97 yaşlı Robbins Normandiyaya hərbçi çıxarılmasının 75-ci ildönümündə Fransaya səfər edərək 92 yaşlı Qanaye ilə görüşür. Robbins qadını görəndə “Səni hər zaman sevdim. Heç vaxt unutmadım” deyir.

92 yaşlı qadın isə Robbins Fransanı tərk edəndə çox ağladığını, amerikalı sevgisinin qayıdacağı ümidi ilə ingilis dilini öyrəndiyini etiraf edib. Cütlük bir neçə saat birlikdə olduqdan sonra yenidən görüşmək ümidi ilə ayrılıb.

 

COP29

www.yenicag.az

1962
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv