Aşıq Namiqə qarşı haqsızlıq: “Onları ağ yuyub qara sərəndən sonra...”
“Paxıl insan elə paxıl kimi öləcək, onun yeri cəhənnəmdir”.
Bu sözləri Yeniçag.az-a açıqlamasında Aşıq Namiq Fərhadoğlu deyib.
Sənətçi paxıllığını çəkən, ayağının altını qazan insanlardan danışıb:
“Sənətə gələndən bu günə qədər paxıllığımı çəkiblər. Onların cavabını etdiyim layihələr, yetişdirdiyim tələbələr, verilişlər və hazırcavablığımla yerlərində otuzdurmuşam. Əgər bir insanı Allah qaldırırsa, bəndə nəkarədir ki, onun yolunu kəssin? Allah həmişə məni ucaldıb. Paxıllıq edən insanlar da elə paxıl kimi bu dünyadan köçüb gedirlər. Bir insanın yaxşı işini görəndə ona yazıram, xoş sözlər deyirəm. Bu yaxınlarda ilk dəfə olaraq özüm mahnı yazdım. Hansı ki, vaxtilə dəstək olduğum, efirlərə çıxardığım, yol açdığım insanların heç biri o mahnını paylaşmadı. Sonra bir video çəkib, Namiq variantı onları “ağ yuyub, qara sərdim”. Paxıl insanları Allah da sevmir. Kim paxıllıq edirsə, elə paxıl kimi də öləcək, onun yeri cəhənnəmdir”.
Cəvahir













