!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: "Biz ancaq öz imkanlarımıza arxalanırıq"

!Reklam – Yazi

“Səhiyyə sistemimiz dövlət dəstəyi ilə ancaq Azərbaycan həkimləri tərəfindən inkişaf edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı bildirib.

“Ölkəmizdə 10 modul tipli xəstəxana inşa edilməkdədir. Yaxın 1-2 ay ərzində bu xəstəxanalar işə düşəndən sonra 2 000 əlavə çarpayı istifadəyə veriləcək. Yəni, biz bütün hazırlıq işləri görürük. Həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Bəzi hallarda səhiyyə işçilərinin fəaliyyətinə tənqidi yanaşmalar müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var. Təkcə Azərbaycandan yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Amerika və Avropanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Lakin bu gün biz ancaq öz imkanlarımıza arxalanırıq”, – dövlət başçısı qeyd edib.

Gülşən Şərif

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv