"İlham Əliyev Cənubi Qafqaza sülhü gətirən lider kimi tarixə düşdü" – Deputatdan Əbu-Dabi ŞƏRHİ

media-hightechnic-468x90

“İlham Əliyevin ‘Zayed İnsan Qardaşlığı Mükafatı’na layiq görülməsi sülh naminə uzun müddətdir görülən işlərin, çəkilən zəhmətin qiymətləndirilməsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

media-media-whatsapp-image-2025-12-05-at-17-00-13-1-26k9bs

Partiya sədri Əbu-Dabi görüşünü və görüşün vacib detallarını geniş şərh edib:

“Möhtərəm cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri tarixi əhəmiyyətli hadisələrlə yadda qaldı. Ölkə rəhbərinin Əbu-Dabidə reallaşdırdığı yüksək səviyyəli diplomatik təmaslar, eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü milli və regional maraqlarımızın təmin olunması baxımından strateji məna daşımışdır. Bilindiyi kimi, cənab Prezident İlham Əliyev Cənubi Qafqaza sülhü gətirən lider olaraq bir müddət əvvəl nüfuzlu ‘Zayed İnsan Qardaşlığı Mükafatı’na layiq görüldü. Fevralın 4-də keçirilən mərasim zamanı həmin mükafat dövlət başçımıza təqdim olundu. Birləşmiş Ərəb Əmirliklərinin qurucu lideri Şeyx Zayedin adını daşıyan bu mükafat multikultural dəyərləri və sivilizasiyalararası dialoqu tərənnüm etdiyi üçün sözügedən təltif sülh naminə görülən böyük zəhmətin nəticəsidir”.

G. Ağamalı Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi yolunda çox mühüm addımlar atıldığını diqqətə çatdırıb:

“Artıq Azərbaycan və Ermənistan arasında münaqişə səhifəsi bağlanıb. Yeni geosiyasi konfiqurasiyada hər iki xalq sülh şəraitində yaşamağı öyrənir. Bu mənada, tədbir zamanı Möhtərəm cənab Prezident İlham Əliyevin çıxışı həm məzmununa, həm də verdiyi mesajlara görə xüsusi əhəmiyyət kəsb etdi. İki ölkə arasında sülhün təmin olunmasından bəhs edən dövlət başçımız qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”.

Partiya sədri Vaşinqton görüşünün müsbət nəticəsinə görə ölkə rəhbərinin ABŞ liderinə təşəkkür etdiyini dilə gətirib:

“8 avqust Vaşinqton görüşünün əhəmiyyətini vurğulayan ölkə başçısı, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa öz minnətdarlığını bildirdi. Həmin tarixi hadisədən sonra rəsmi Bakı və İrəvan etap-etap maneələri aradan qaldırır və yekun sülh üçün zəruri konyunktura formalaşdırırlar. Azərbaycanın enerji məhsullarının Ermənistana idxalı, paralel olaraq digər dövlətlərə məxsus yüklərin sözügedən ölkəyə çatdırılmasına göstərilən kömək məhz Azərbaycanın sülh gündəliyinə verdiyi dəyərin nümayişidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan liderliyində Cənubi Qafqazda formalaşan yeni geosiyasi konfiqurasiya hər kəs üçün uğurlu gələcək vəd edir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05