!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev dünyanın başa düşdüyü dildə danışır - Fərid Şahbazlının yazısı

!Reklam – Yazi

Sovetlər dönəmində azərbaycanlı gənclərin məqsədli şəkildə qeyri-döyüş bölmələrində hərbi xidmətə cəlb edilmələri, həmin dövrdə yaşayanlar və tarixi az-çox oxuyanlara yaxşı məlumdur. Azərbaycan gənclərini hərb elminin sirlərini öyrənməkdən yayındırmağı hədəfləyən bu siyasət uzaqgədən məqsədlərə hesablanmışdı. Uzun illər keçəcək, döyüş bölmələrində xidmət etməyən gənclərimizdən Ordu formalaşdırıla bilinməyəcək və biz yenə başqalarının ümidinə qalacaqdıq.

Ulu Öndər Heydər Əliyev zamanında bunun fərqinə varmışdı və Kommunist Partiyası Mərkəzi Bürosunun böyük təzyiqlərinə baxmayaraq, bu döyüş blokadasını qıraraq 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyi qurmağı bacardı. Bugün Böyük Vətən Müharibəsi aparan Azərbaycan Ordusunun çoxsayda dəyərli zabitləri məhz bu məktəbin zabitləridir. Bu liseyi bitirənlərdən 10-u general, 1-i isə admiral ali rütbəsinə qədər yüksəlib. Onlarla yetirməsi Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Onlardan 9-u Azərbaycanın Milli Qəhrəmanıdır.

Ulu Öndər Heydər Əliyevin bu tarixi missiyasını hazırda Cənab Prezident İlham Əliyev yerinə yetirir. Onun yalnız Ali Baş Komandan olaraq döyüşlərdə deyil, eyni zamanda informasiya savaşı müstəvisində göstərdiyi qəhrəmanlıq və peşəkarlıq gələcək siyasətçilər və diplomatlar üçün əsl master klassdır.
Prezident müxtəlif xarici KİV-lərin özünə və ölkəmizə yönələn qərəzli, məqsədyönlü suallarına verdiyi dəqiq, hərtərəfli cavablarla dünya erməniliyinin və onkarın havadarlarının ətrafımızda yaratmağa çalışdığı informasiya blokadasını darmadağın edir.

İlham Əliyevin xarici mediaya verdiyi hər müsahibədən, o müsahibə vasitəsi ilə dünyanın aparıcı güclərinə ötürdüyü həlledici mesajlardan sonra Azərbaycana qarşı sistematik qərəzli mövqe nümayiş etdirən bir sıra xarici KİV-lər ya obyektiv mövqe sərgiləməyə başlayıb, ya da ən azı neytral davranmağa məcbur olub.

Qərb media təmsilçilərinin İlham Əliyevə sual adı altında ünvanladıqları qərəzli və məqsədyönlü ittihamlar fonunda Ali Baş Komandanın verdiyi təmkinli, əks-arqumentli reaksiyalar bir həqiqəti də ortaya çıxardı: Xarici jurnalistlər(oxu: tətikçilər), hələ indiyədək öz rəhbərləri də daxil olmaqla İlham Əliyev qədər yüksək hazırlıqlı və mədəniyyətli Lider görməyiblər!

Bir sözlə, Ali Baş Komandan İlham Əliyev hər mənada dünyanın başa düşdüyü dildə danışır. Dünya onu qəbul etməyə məcbur olur. Qazanan isə Azərbaycan olur!

Fərid Şahbazlı
Editor.az İnformasiya Portalının Baş redaktoru
İslahatçı Gənclər İctimai Birliyinin sədri

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv