İlham Əliyev: "Füzuli şəhərindən əsər-əlamət qalmayıb" - VİDEO

media-hightechnic-468x90

“Yenə azad edilmiş torpaqlardayıq. Füzulidən işğaldan azad edilmiş Xocavənd rayonuna gedirik”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib: “Yol boyunca bütün yaşayış məntəqələrinin dağıdılmasının bir daha şahidi oluruq. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra baş vermişdir. Birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntılar olmamışdı, ola da bilməzdi. Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb. Bura Füzuli şəhəridir. Amma şəhərdən əsər-əlamət qalmayıb. Şəhər yoxdur, dağıdılıb”.

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində paylaşıb.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05