Reklam: High Technic
hightechnic

İlham Əliyev Gürcüstan baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.

Dövlət başçısı G. Qaxarianı Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

G. Qaxaria təbrikə görə minnətdarlığını bildirərək bundan əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışarkən dövlət başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. O, iki ölkə daxili işlər nazirlikləri arasında uğurlu əməkdaşlıq aparıldığını deyib.

Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib, Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik ifadə olunub.

www.yenicag.az

1751