İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırdı

media-hightechnic-468x90

Prezident İlham Əliyev helikopter qəzasının səbəblərinin daha ətraflı araşdırılması, həlak olanların dəfn mərasimi və xəsarət alanların müalicəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib.

DSX rəisi qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600