Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Mozambik və Cibuti prezidentlərini təbrik edib

Reklam: Sinerji Pro

Azərbaycan Prezidenti İlham Əliyev Mozambik Prezidenti Filipe Jasinto Nyusiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Mozambik Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Mozambik münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mozambik xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Dövlətimizin başçısı Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehi də təbrik edib.

Məktubda qeyd olunur: “Hörmətli cənab Prezident, Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Cibuti xalqına sülh və firavanlıq arzulayıram”.

Yenicag.az

www.yenicag.az

607
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100