İlham Əliyev: "Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir"
Azərbaycanla Latviya arasında müdafiə sənayesi də müzakirə olunub.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.
“Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir”, – İlham Əliyev bildirib və əlavə edib ki, iki ölkənin bu sahədə imkanları fəal şəkildə inkişaf etdirilir:
“Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərəmizin, – söhbət özəl və dövlət şirkətlərindən gedir, – məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var”.













