İlham Əliyev prezidentin ölümü ilə bağlı başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı məktubu ünvanlayıb.

Yenicag.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Baş katib,

Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600