İlham Əliyev sənədli filmə çəkildi – VİDEO – Yenicag.Az

Reklam

Reklam

Azərbaycan prezidenti İlham Əliyev Astana günü ilə bağlı “Böyük çölün paytaxtı” adlı sənədli filmə çəkilib.

Yenicag.az xəbər verir ki, İlham Əliyev müsahibəsində Qazaxıstanın paytaxtı Astana haqqında fikirlərini bölüşüb.

O bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin zaman Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin “Instagram” səhifəsində paylaşılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 719
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."