İlham Əliyev Sloveniya parlamenti Milli Şurasının sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirilib, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş edib.