İlham Əliyev taekvondoçumuzun medalını təqdim edib

media-hightechnic-468x90

656513Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı taekvondoçumuz Radik İsayev qazandırıb.

+80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Vladislav Larinə qalib gəlib.

Nəticədə İsayev çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa