İlham Əliyev: "Türk dünyası bizim ailəmizdir!"

media-hightechnic-468x90

Prezident İlham Əliyev 3 oktyabr * Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə paylaşım edib.

Yenıcag.az xəbər verir ki, İlham Əliyevin “X”dəki paylaşımında deyilir:

“Bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa