!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Türkiyə və Türkmənistanla bağlı sazişi təsdiqlədi

!Reklam – Yazi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərmanı imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmanla 2022-ci il avqustun 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Türkmənistan Hökumətinə bildiriş göndərmək tapşırılıb.

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv