Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Türkiyənin ticarət nazirini qəbul etdi - YENİLƏNDİ

Reklam: High Technic

12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, Ruhsar Pekcan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Türkiyədə Azərbaycanın uğurlarından qürur duyulduğunu deyən Ruhsar Pekcan Vətən müharibəsi zamanı türk xalqının Azərbaycandakı hadisələri və Prezident İlham Əliyevin fəaliyyətini yaxından izlədiyini, qazanılan uğurlara sevindiklərini bildirib.

Prezident İlham Əliyev Türkiyə xalqının dəstəyini hər zaman hiss etdiyini və Vətən müharibəsində də Türkiyə ictimaiyyətinin Azərbaycanın yanında olduğunu vurğulayıb. Dövlət başçısı müharibənin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi önəmli bəyanatları yüksək qiymətləndirib. Prezident İlham Əliyev Vətən müharibəsində Türkiyə mətbuatının fəaliyyətinə toxunub, müharibə ilə bağlı məlumatların dünyaya yayılmasında onun xüsusi rolunu yüksək qiymətləndirib.

Həm müharibə zamanı, həm də sonrakı dövrdə Türkiyə ictimaiyyətindən çoxlu dəstək məktubları aldığını deyən dövlət başçısı bunun birliyimizin növbəti təzahürü olduğunu bildirib.

Loading...

www.yenicag.az

123
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100