!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə həsr olunan mərasimdə iştirak edib

!Reklam – Yazi

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Yeniçağ.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub. Əvvəlcə Azərbaycanın Xalq Şairi Nəriman Həsənzadənin Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında dövlət başçısının sərəncamı oxunub. Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim edib. Nəriman Həsənzadə çıxış edərək Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirib. Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli şərqşünas alim Vasim Məmmədəliyevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib. Vasim Məmmədəliyev çıxış edərək mükafata görə təşəkkürünü bildirib.

Təntənəli mərasim bədii hissə ilə davam edib.

Yeniçağ.Az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv