İlham Əliyev və xanımı Matsuurayla görüşdü
Azərbaycanın prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuuranı qəbul ediblər.
Yenicag.az azərtac-a istinadən xəbər verir ki, görüşdə UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuura prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu məmnunluqla qeyd edib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də ehtiramla xatırladıb.
Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək dəyərləndirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.
Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirildi. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edilib. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.