!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevdən 44 günlük savaşın məşhur generalları ilə bağlı SƏRƏNCAM

!Reklam – Yazi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, təltif edilənlər arasında 4 general da var:

Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant

Zaur Sabir oğlu Cavanşir – general-mayor

Vasif Ramiz oğlu Kazımov – general-mayor

İlqar Zakir oğlu Lətifov – general-mayor.

Prezidentin imzaladığı digər sərəncamlarla isə general-leytenant Əfqan Vəli oğlu Nağıyev, general-leytenant Heydər Kamal oğlu Piriyev, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Vasif Ramiz oğlu Kazımov “Füzulinin azad olunmasına görə”, general-leytenant Araz Məmməd oğlu Məmmədov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

www.yenicag.az

538
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv