İlham Əliyevdən dəvət-Video
Prezident İlham Əliyev Şimali Qafqaz xalqlarının müftilərini I Avropa Oyunlarına dəvət edib.
Bunu İnquşetiyadan səfərdən qayıdarkən, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ans-ə müsahibəsində söyləyib .
Hacı Allahşükür Paşazadə müsahibəsində bildirib ki, o prezidentin adından bütün Şimali Qafqaz xalqlarının müftilərini Bakıda keçiriləcək I Avropa Oyunlarına dəvət edib. Şeyxin sözlərinə görə, müftilər bu dəvətdən məmnun olublar və mütləq Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gələcəklər.
Qeyd edək ki, I Avropa Oyunları iyun ayının 12-dən başlayıb 28- nə kimi davam edəcək.