!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"İlham Əliyevin yarışı izləməsi mənə əlavə güc verdi" - Hidayət Heydərov

!Reklam – Yazi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında təmsilçimiz Hidayət Heydərov bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, açıqlama verən Heydərov qazandığı uğurdan söz açıb:

“Bu mənim cüdo üzrə böyüklər arasında dünya çempionatında ilk medalımdır. Yarımfinalda rəqibim dünya çempionu Soiçi Haşimoto idi. Təəssüf ki, güclü yaponiyalı idmançı məndən üstün oldu. Prezidentimiz İlham Əliyevin yarışı izləməsi mənə əlavə güc verdi. Bürünc medal uğrunda mübarizədə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gəldim. Bakıda medal qazandığım üçün çox sevinirəm. Bu, karyeramda ən böyük uğurumdur.

Yarımfinalda məğlubiyyətinin səbəbləri barədə danışan cüdoçumuz qeyd edib ki, rəqibi yarışlara yaxşı hazırlaşmışdı. “Mən isə gərgin keçən görüşün sonunda artıq yorulmuşdum”, – deyə Hidayət Heydərov bildirib.

www.yenicag.az

2128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv