!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Qasımov üçün təkrar HƏBS TƏHDİDİ: Tikinti maqnatı türkiyəli iş adamına olan borcunu nə vaxt ödəyəcək?

!Reklam – Yazi

Dələduzluğa görə həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il azadlıqdan mərhum edilən, lakin bu cəzanın 5 ilini çəkdikdən sonra azadlığa buraxılan iş adamı İlham Qasımov yenidən həbsxanaya “qayıda” bilər.

Yenicag.az-a daxil olan məlumata görə, türkiyəli iş adamı, “Mərcansoy” Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcanın şikayəti İlham Qasımovun azadlıqdakı həyatını tükdən asılı vəziyyətə salıb.

Qeyd olunur ki, 2007-ci ildə Azərbaycana gələrək burada tikinti sektoruna investisiya yatırmaq istəyən iş adamı Mövlanə Əli Mərcanı türk iş adamları İlham Qasımov və onun ortağı Sahib İbrahimovla tanış ediblər.

Bu tanışlıqdan sonra İlham Qasımov və Sahib İbrahimovla Mövlanə Əli Mərcana yüksək faiz əsasında ortaqlıq təklifi ediblər. Onlara inanan türk iş adamı bu təklifi qəbul edərək, şərik olacağı çoxmərtəbəli binanın tikintisi üçün İlham Qasımovla Sahib İbrahimova bir neçə milyon dollar pul verib.

İlham Qasımovla Sahib İbrahimov isə Mövlanə Əli Mərcanın pulu ilə tikdikləri binadakı məzilləri sataraq, türk iş adamını “oyundankənar vəziyyət”ə salıblar.

Aldandığını başa düşən Mövlanə Əli Mərcan binanın inşası üçün İlham Qasımovla Sahib İbrahimova verdiyi pulları geri tələb etsə də, istəyinə nail ola bilməyib. İlham Qasımov və Sahib İbrahimov məsuliyyəti bir-birilərinin üzərinə atmaqla həm vaxtı uzadıblar, həm də türkiyəli iş adamını get-gələ salıblar.

Xatırladaq ki, İlham Qasımov həbs edildiyi ərəfədə Mövlanə Əli Mərcanın bəhs olunan problemi Yenicag.az-da ətraflı işıqlandırılmışdı. Əldə etdiyimiz məlumata əsasən, üstündən 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, İlham Qasımovun Mövlanə Əli Mərcana qaytarmalı olduğu vəsaitin bir hissəsi hələ də ona ödənilməyib. O səbəbdən, türkiyəli iş adamı hüquq müstəvisində hərəkətə keçərək, İlham Qasımovla bağlı Baş Prokurorluğa təkrar müraciət etmək niyyətindədir.

Baş prokuror Kamran Əliyevin keçən ay Türkiyəyə səfər etməsi və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi Mövlanə Əli Mərcanda yeni ümidlər yaradıb. O, inanır ki, prokurorluq orqanlarında ciddi islahatlar aparan Kamran Əliyevin rəhbərlik etdiyi quruma müraciəti nəticəsində dələduz iş adamlarında qalan pulunu geri qaytara biləcək.

Görünən odur ki, dələduzluğa görə 12 il müddətinə azadlıqdan məhrum edilən, bunun cəmi 5 ilini məhbəsdə keçirən iş adamı İlham Qasımov Mövlanə Əli Mərcana olan borcunu qaytarmasa, yenidən həbsxanaya düşə bilər.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

1347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv