“İlin ən yaxşı şam ağacı” müsabiqəsi keçirilib-Fotolar

media-hightechnic-468x90

unnamedBu gün Bakı Dövlət Universitetində bu ali məktəbin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “İlin ən yaxşı şam ağacı” müsabiqəsi keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə keçirilən müsabiqədə universitetin bütün fakültələri maraq göstərib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi bu il də ənənəsinə sadiq qalaraq, “İlin ən yaxşı şam ağacı” müsabiqəsini reallaşdırıb. Universitetin 17 fakültəsi birinci olmaq üçün yarışa qatılıb.

Müsabiqədə ən yaxşı şam ağacı bəzənmə ilə yanaşı, həm də tələbələrin yaradıcı yanaşmasına əsasən seçilib.
Fakültələrin hər biri öz şam ağacını bəzəmək və fərqlənmək üçün yüksək səy göstəriblər. Rektor, akademik Abel Məhərrəmov şənliyi giriş sözü ilə açaraq hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. Daha sonra rektor bütün fakültələrin şam ağaclarına baxış keçirərək, tələbələrlə səmimi söhbət edib.
O, tələbələrlə xatirə şəkli çəkdirib və bütün fakültələrdən razı qaldığını bildirib.

Sonda 17 fakültə arasında “İlin ən yaxşı şam ağacı” müsabiqəsinin I və II yerlərin qalib fakültələri elan olunub.
Nəticələrə əsasən, jurnalistika, coğrafiya, tarix, kimya və biologiya fakültələri birinci yerə, digər fakültələr isə II yerə layiq görülüblər.

Rəşid Mustafazadə
BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600