!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlin ilk səs-küylü qətli: “Qızıl Məryəm”i necə öldürdülər-Fotolar

!Reklam – Yazi

124552_res_01Yanvarın 5-də 43 bıçaq zərbəsi ilə amansızcasına qətlə yetirilən məşhur qızıl alverçisi Məryəm Namədzadənin bu gün 3 mərasimi keçirilib.

Virtualaz.org saytının əməkdaşları biznes ledinin Nəsimi rayonu, Mir Qasımov 5 ünvanındakı mərasim zalında keçirilən yasında iştirak edib, onun iş yoldaşları, qohumları və qonşuları ilə söhbətləşiblər.

Əvvəlcə qeyd edək ki, hüquq- mühafizə orqanları yeni ilin ən ağır cinayəti sayılan qətl hadisəsi ilə bağlı bu gün açıqlama yayıb. Qətldə M.Namədzadənin yeganə qızı, bacısı oğlu və daha bir nəfər ittiham olunur. Yas mərasimində məhrumun bacısı, qohumları, iş yoldaşları, qonşuları iştirak edib. Lakin qonşulardan fərqli olaraq qohumları açıqlama verməkdən imtina ediblər. Xüsusilə də məhrumun bacısının yeganə övladı, 17 yaşlı Nicat Eyvazovun bu qətldə ittiham edilməsi onları şoka salıb.

“Onun belə qəddarlıqla adam öldürməsi inandırıcı deyil”

Adının açıqlanmasını istəməyən qohumu virtualaz.org saytına bildirib ki, Nicat təbiətcə qorxaq xarakterli olub: “Nicat uşaqdır, həm də olduqca sakit təbiətlidir. Onun belə bir qəddarlıqla adam öldürməsi inandırıcı deyil. Buna görə də biz hadisənin başqa biriləri tərəfindən, qəsdən törədildiyini güman edirik”. “Polis çağırıb ifadəmi aldılar”

Mərhumla üzbəüz mənzildə yaşayan Rafiq Rzayev isə hadisədən sonra ifadə verdiklərini dedi: “Bizim itimiz var. İt bloka yad adam daxil olan kimi dərhal reaksiya verir. Lakin hadisə baş verən günü it kiməsə hürməyib, yəni reaksiya verməyib. Məryəm xanımgilin mənzilinin qapısı sındırılmayıb, qapı içəridən açılıb. Hadisə ilə bağlı məni də polisə çağırdılar, ifadə verdim. Həmin vaxt Nicatın əlində qandal gətirdilər. Məryəm xanım olduqca qüvvətli qadın idi, bir-iki nəfərin ona gücü çatmazdı”.

“Tanımadığı adamları evə buraxmazdı”

Mərhumun qızı ilə münasibətləri kəskin olub. Bunu isə qonşusu Tərlan Salehi deyir: “Özü çox yaxşı adam idi. Amma qızı haqqında bunu deyə bilmərəm. Qızı ərindən ayrılmışdı, əri həbs edilib, 9 il iş verilib. Qızının sevgilisi vardı, onlara gəlib-gedirdi. Bizə dedilər ki, qız uşağı məktəbə aparıb, gəlib görüb ki, qapı açıqdır. Amma bu qapını bağlayıb gedibmiş. Qışqıraraq qonşuya deyib ki, öldürdülər, evdə nə vardısa apardılar, 3 nəfər idilər. Məryəm tanımadığı heç kimi evinə buraxmırdı. Hətta qonşular da onun evinə getmirdilər. Neçə illərdir qonşuyuq, dərdləşirdik. Amma ailə sirrini danışmağı sevmirdi. Bilirdik ki, qızı ilə yola getmir”.

Digər qonşular isə onun evindən 15 kiloqram qızılın çıxması ilə bağlı deyilənlərə inanmırlar. Yaxın qonşusu deyir ki, neçə illərdir qızıl alveri ilə məşğul olduğundan evində heç nə saxlamırdı: “Baxın maşını qapının yanındadır. Amma dizi ağrıdığından öz maşını ilə getmirdi. Dizi tutulurdu, zorla hərəkət edirdi. Nə mühafizəçisi, nə də köməkçisi vardı”.

Qonşular onu da dedilər ki, hadisənin əvvəlcədən planlaşdırılmış olduğu ehtimal edilir: “Biri deyir ki, qızının sinəsində xəsarət izləri olub. Başqa birisi bunun yalan olduğunu deyir. Amma qətlin xüsusi amansızlıqla törədilməsi insanı şübhələndirir. Mərhumun hər iki qolunda venaları kəsilib, dirsəkdən yuxarı ətini kəsiblər. Bundan sonra 40-dan çox bıçaq vurulub. Görünür, qatillə mübarizə aparıb. Məryəm fiziki cəhətdən güclü idi”.

“Onun ailə sirrini heç kim bilmirdi”

Qonşular mağazadakı qızılların evə aparıb-gətirdiyini, bir nəfərin ona küllü miqdarda borclu olması ilə bağlı deyilənlərə inanmadığqlarını bildirdilər: “İndi çox şaiələr gəzir, amma yaxın qohumlarından başqa Məryəmgilə gediş-gəliş olmayıb. O, heç bir qonşusuna öz biznesindən, nə də ailəsindən danışmırdı. İndi hansısa qonşunun onun evində neçə kilo qızıl olması ilə bağlı açıqlama verməsi düzgün deyil. 20 ildən artıq münasibətdə olan qonşular belə onun ailə sirrlərini bilmirlər”.

“Hadisə barədə televizordan eşitdik”

Məryam Nametzadenin yaxın qohumu Leyla hadisə barədə televizordan eşitdiyini deyir: ”Məryəmlə yaxın qohum olmuşuq. Gözümü açandan onu xeyirxah insan, zəhmətkeş qadın kimi tanımışam. Məryəmin heç vaxt düşməni olmayıb. Hadisə barədə televizordan eşitdik, şoka düşdük. Günel mənim qucağımda böyüyüb. Məryəmin nəyi var idisə hamısı onun idi. Qızını çox istəyirdi. Hələ də inana bilmirik. Bu hadisə xarici kinolarda göstərilən qətl səhnələrinə bənzəyir”.

“Bəlkə qızı qətlin iştirakçısı deyil, təşkilatçısıdır”

Adının açıqlanmasını istəməyən, Məryəm Nametzadə ilə bir yerdə Mərkəzi Univermaqda qızıl satışı ilə məşğul olan 35-40 yaşlı şəxs mərhumun problemli adam olmadığını dedi: “Məryəmi uzun illərdir tanıyıram. Çox gözəl insan idi. Heç kimlə problemi olmazdı. Günel yeganə övladı idi. Bu hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisə barədə xəbər tutan kimi evlərinə getdim. Kimdən şübhələnmişdilərsə polisə aparmışdılar. Bu qətli bir qadını törədən bilməz. Bu, qadın işi deyil. Məryama heç iki kişinin gücü çatmazdı. Ola bilər ki, qızı bu cinayətin iştirakçısı yox, təşkilatçısıdır. Güneli dünən həbs ediblər, üzərində heç bir xəsarət yox idi”.

Mərhum Məryəm Nametzadənin həyat yoldaşı ilə bağlı da mətbuatda müxtəlif məlumatlar yer alıb. Belə ki, mərhumun həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filminin də qəhrəmanı məhz odur. Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərmiş, sursatları bitmiş, əsgərlərimizin çoxu həlak olmuş, Mehman yaralı vəziyətdə əsir düşmüşdü. Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən, 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015-ci ilin mayın 12-də qəfildən ürəktutmasından vəfat edib. Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində törədilmiş qətlin üstünün “isti izlər”lə açılıb. Cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Hadisə yanvarın 5-də saat 09 radələrində baş verib. 1965-ci il təvəllüdlü Nametzadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

1600
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv