İlk medalçımız bəlli oldu
Qadınlar arasında 55 kq çəki dərəcəsində İlahə Qasımova Avropa Oyunlarında ilk medalçımız oldu.
Yenicag.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində kumite yarışında yarımfinala qədər inamla irəliləyən 22 yaşlı karateçi bu mərhələdə fransız Emili Toya məğlub olaraq, bürünc medal uğrunda mübarizə aparmalı olub.
Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb. O, 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.