İlk olaraq güləşçilərimiz mübarizəyə başlayacaq

media-hightechnic-468x90

14341723904261524132_750x500“Bakı-2015” birinci Avropa Oyunları davam edir.

Yenicag.az xəbər verir ki, bu mötəbər turnirin ikinci günündə – iyunun 13-də Heydər Əliyev adına İdman Sarayında güləş yarışlarına start verilib. Xalça üzərində 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Elman Muxtarov (59 kq) gürcüstanlı Gizo Meladze, Rəsul Çunayev (71 kq) Moldova təmsilçisi Daniel Kataqara, Rafiq Hüseynov (80 kq) avstriyalı Mixael Vaqner, Orxan Nuriyev (98 kq) isə isveçli Teodoros Tunisidis ilə qarşılaşacaqlar.

“Bakı-2015”-in proqramına güləşin hər üç növü üzrə yarışlar daxil edilib. Ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. İyunun 15-16-da qadın güləşçilər, 17-18-də isə sərbəst güləşçilər yarışacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600