“İmişli” klubuna texniki məğlubiyyət verildi

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi “İmişli” klubuna texniki məğlubiyyət (0:3) verib.

Yenicag.az xəbər verir ki, qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub.

Buna Misli Premyer Liqasında IV turun “Sumqayıt”la ev oyununun 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

Bundan başqa, “İmişli” 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək. Qarşılaşmanın 90+4-cü dəqiqəsində isə Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3 000 manat ziyana salıb.

“Sumqayıt” komandası isə azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5 000 manat cərimə ödəyəcək.

IV turun “Şamaxı” – “Karvan-Yevlax” görüşündə meydan sahiblərinin heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

“Neftçi” – “Sabah” matçının 45+2-ci dəqiqəsində flaqmanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 3 000 manat cərimə edilib. Həmçinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “ağ-qaralar” 5 000 manat ziyana düşüb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa