Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İmişli sakinini şantaj edən şəxs həbs olundu

İmişli rayon sakini, Zakir Uğurluyev sentyabr ayının 3-də rayon polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həmyerlisi Elməddin Əliyevin şantaj edərək ondan 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən xəbərə görə , məlumatla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin əlamətlərinə dair kifayət qədər dəlillər olduğu müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdrımalar zamanı E.Əliyev İmişli rayonunun Otuziki kəndində yerləşən “Mal-qara” bazarında mobil telefon vasitəsi ilə çəkərək “Youtube” sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün “Mal-qara” bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj edərək 8000 manat tələb etdiyi məlum olub.

Faktla bağlı E.Əliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

www.yenicag.az

59