!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

!Reklam – Yazi

İmişli rayon Heydər Əliyev Mərkəzində Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, qanun pozuntusu hallarına və cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb, dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində prokurorluq işçilərinin əməyi yüksək qiymətləndirilib.

Vilyam Hacıyev bildirib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğu və vətəndaşların azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılıb.

Çıxış edən İmişli rayon prokuroru, baş ədliyyə müşaviri cənab Pənah Abbasov Azərbaycan prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan danışıb. O qeyd edib ki, prokurorluq orqanları işçiləri bundan sonra da ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında əzmlə çalışacaqlar.

www.yenicag.az

4477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv