!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmperatorun sınıq vazasına bir dünya pul verdilər - FOTO

!Reklam – Yazi

Hərraca çıxarılan sınıq çini qaba görə yarım milyondan çox pul ödənilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Devon qraflığında yaşayan xanımın çardağında atılıb qalmış antik əşya ona böyük pullar qazandırıb.

Qeyd olunur ki, Çin imperatoruna məxsus olmuş sınıq vaza hərraca çıxarılıb və ona görə 460 min funt sterlinq ödənilib.

Məlumata görə, vaza öz keçmiş sahibəsinə gəncliyində Çinin Şanxay şəhərində müəllimlik etmiş bibisi Ennu Qloverdən miras qalıb. Qlover sağlığında deyirmiş ki, həmin vaza ona 1922-ci ildə hədiyyə olunub.

Qloverin qardaşı qızı çardaqda tozlanan vazaya uzun müddət əhəmiyyət verməyib. Daha sonra vazanı ekspertizaya verdikdə, çini qabın 1780-90-cı illərdə Çin imperatoru Tsyanlun üçün hazırlandığı müəyyən edilib. Vazanın bir qulpunda sınıq olsa da, qab ümumilikdə çox yaxşı vəziyyətdə qalıb.

Lakin maraqlıdır ki, hərraca çıxarılan həmin vaza ekspertlərin qiymətləndirdiyi kimi, 20-40 minə deyil, 460 min funt sterlinqə Çinli kolleksionerə satılıb.

www.yenicag.az

2672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv