“Kədərlənirəm, çünki bir ildir, teatrlarımızın qapısı bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında gənc aktyor İmran Ali Qurban 10 mart Milli Teatr Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Aktyor tez bir vaxtda pandemiyanın bitəcəyini və teatrların qapısının açılacağını bildirib:
“1873-cü il martın 10-da M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının tamaşaya qoyulması ilə milli teatrımızın əsası qoyulub. Artıq 148 ildir ki, Azərbaycan teatrı sürətlə inkişaf edir. Bu xoş gündə bütün həmkarlarımı təbrik edirəm. Amma bir yandan da kədərlənirəm, çünki bir ildir, teatrlarımızın qapısı bağlıdır, tamaşaçı və yaradıcı heyət intizarla gözləyir. Amma ümid edirəm ki, tez bir zamanda bu pandemiya bitəcək və yenidən tamaşaçılarımız qarşısında maraqlı repertuarla çıxış edəcəyik. Teatr sehrli bir aləm, ruhsal bir qidadır. Hər kəs bu sehrin təsirinə düşmək arzusundadır. Bu sehrli aləmdən uzaq düşmək onlara da çətindir”.
Aktyor tərəf-müqabili olmaq istədiyi sənətkarla bağlı sualımızı da cavablandırıb:
“Fuad Poladovla səhnəyə çıxmaq, onunla tamaşa oynamaq arzum olub. Ancaq çox heyf ki, ömür vəfa etmədi”.
Cəvahir