İmtahan nəticələri açıqlandı

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri barədə məlumat yayıb.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu şəxslərdən 492-si imtahandan uğurla keçib.

İmtahanlarda toplanan bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri barədə məlumatı DİM-in internet səhifəsindən əldə etmək mümkündür. 301-400, 401-500, 501-600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35,4 faizi, 50,5 faizi, 48,7 faizi, 56,3 faizi test imtahanından uğurla keçib. Əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

İmtahan nəticələri açıqlandı

media-hightechnic-468x90

exam_070414Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələri açıqlanıb.

Komissiyadan verilən məlumata görə, nəticələr mayın 13-də saat 17:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirib.

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı mayın 14-də “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.

Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2015-ci il iyun ayının 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600