Türkiyəli məşhur müğənni Ajda Pekkan şəxsi həyatı ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, 72 sənətçi sevgilisinin olmamasına belə münasibət bildirib:
“Təəssüf ki, mənə uyğun kişi qarşıma çıxrmır. İnandığım kişini tapsam, hər şeyi buraxıb gedərəm”.
Qeyd edək ki, ötən günlərdə Ajda Pekkanı özündən 22 yaş kiçik sevgilisi Bülent Çavuşoğlu tərk edib. Onu da bildirək ki, məşhur ifaçı ilk evliliyi 1973-cü ildə 28 yaşında ikən özündən 9 yaş kiçik Coşkun Sapmazla olub. Onların evliliyi cəmi 6 gün çəkib.