“Dünya Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Bütün çağırışların hamısı atəşkəsə yönəlikdir. Atəşkəs indiyədək olub və nə oldu? Qısa müddət sonra ermənilər yenə hücum edir. Atəşkəs olsun, amma nəticəsi nə olsun? Ermənistana “dərhal Azərbaycan ərazisindən çəkil” deyə bilirsinizmi?” 30 ildir eyni çağırışlar var. İşğalçı ilə Azərbaycanı eyni səviyyədə tuturlar. Bunun belə getməyəcəyini bütün dünya anlamalıdır. Biz bu məsələnin sülh yolu ilə həll olunması üçün bütün cəhdləri etdik”, – nazir deyib.
www.yenicag.az