!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngilislər gizli hərbi əməliyyata hazırlaşır – Generaldan şok sözlər…

!Reklam – Yazi

Böyük Britaniyanın SAS və SBS komandoları Rusiya və Çinə qarşı gizli hərbi əməliyyat keçirməyə hazırlaşır.

Bu məlumatı Böyük Britaniyanın dünyaca ünlü “The Times” nəşri yayıb.

Nəşrə bu məlumatı Krallıq ordusunun briqada generalı Mark Totten verib. Onun sözlərinə görə, gizli əməliyyatda minlərlə desantın iştirakı gözlənilir.

Britaniyanın xüsusi təyinatlıları Çin və Rusiyaya qarşı yeni gizli missiyanı öz üzərinə götürəcəklər, çünki onlar diqqətlərini dövlətin böyük rəqiblərinə qarşı mübarizəyə yönəldirlər“, – deyə yüksək rütbəli hərbçi bildirib. 

“Briqada generalı SAS və SBS komandolarının “əks dövlət”ə qarşı ətraflı, planlaşdırılmış və xüsusi bilik tələb edən “yüksək riskli” vəzifələrini yerinə yetirmək üçün daha çox vaxta və vəsaitə ehtiyac ola biləcəyini söylədi. Krallığın dəniz piyadaları ənənəvi rollarını yenidən öz üzərilərinə götürəcəklər”, – “The Times” yazır.

Mövzu ilə əlaqədar nəşrə açıqlama verən hərbi ekspertlər SAS və SBS komandolarının planlaşdırdıqları əməliyyatlara ilk növbədə Pekinə müqavimət göstərmək üçün Cənubi Çin dənizində başlayacaqlarına inanırlar. 

COP29

www.yenicag.az

1210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv