İngiltərə miqrant siyasətini SƏRTLƏŞDİRİR

media-hightechnic-468x90

İngiltərə və Fransa arasında Manş dənizi üzərindən qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə imzalanmış “Bir içəri – bir çölə” razılaşmasından sonra bu marşrutla gələn ilk miqrantlar saxlanılıb.

Yenicag.az xəbər verir ki, razılaşma çərçivəsində İngiltərəyə qeyri-qanuni yollarla daxil olan və ailə əlaqələrini sübut edə bilməyən miqrantlar Fransaya qaytarılacaq. Bunun müqabilində İngiltərə Fransadan gələn və ailə əlaqələrini təsdiqləyən eyni sayda miqranta sığınacaq hüququ tanıyacaq.

İlk saxlanılan şəxslər Dover sahillərində Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yaxalanaraq miqrasiya saxlanma mərkəzlərinə yerləşdirilib. Burada onlar Fransaya geri göndərilənədək saxlanılacaqlar.

İngiltərənin daxili işlər naziri Yvette Cooper prosesin başladığını təsdiqləyib, lakin saxlanılan şəxslərin sayını açıqlamayıb. O bildirib ki, bu yeni pilot proqramın ilkin mərhələsidir və zamanla genişləndiriləcək:

“Bundan sonra gələn hər kəs saxlanıla və geri göndərilə bilər. Fransa təhlükəsiz ölkədir və buna görə də ediləcək hüquqi etirazlara qarşı mövqe sərt olacaq”.

Razılaşma ümumilikdə 11 ay müddətində tətbiq olunacaq. Kiçik qayıqlarla İngiltərəyə keçməyə cəhd edən şəxslərin 3 gün ərzində geri qaytarılması, Fransa tərəfinin isə 14 gün ərzində cavab verməsi nəzərdə tutulur. Eyni zamanda, Fransa ərazisində olan və ailələri Böyük Britaniyada yaşayan şəxslər onlayn platforma vasitəsilə müraciət edərək standart viza və təhlükəsizlik yoxlamalarından sonra üç ay müddətinə Birləşmiş Krallıqda sığınacaq və ya viza üçün müraciət edə biləcəklər.

İngiltərə hökuməti yaxın günlərdə bu razılaşmanı daha geniş şəkildə tanıtmaq məqsədilə Fransanın şimalında maarifləndirici kampaniyaya start verməyi planlaşdırır. Rəsmi məlumatlara əsasən, 2025-ci ildə Manş dənizindən qeyri-qanuni yollarla keçənlərin sayı 25 minə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 49% artım deməkdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa