!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngiltərədə siyasi hakimiyyət böhranı dərinləşir - Parlament erkən səsverməyə gedəcək?

!Reklam – Yazi

İngiltərədə iqtidarda olan Mühafizəkarlar partiyası Milli Məclisdə azlıqda qalıb. 

Yenicag.az xəbər verir ki, Filipp Li adlı millət vəkilinin Müzafizəkar partiyadan istefa verərək, Liberal Demokratların sırasına qoşulub.

Şimali İrlandiya Demokratik Birlik Partiyasının 10 millət vəkilinin kənardan dəstəyi və bir nəfər millət vəkili çoxluğu ilə Məclisdə üstünlük təşkil etməyi bacaran Boris Conson rəhbərliyindəki hökümət Filipp Linin yerdəyişimi ilə bu üstünlüyünü itirib.

Qeyd edək ki, son günlər Baş nazir Boris Consonun parlamentdəki üstünlüyündən istifadə edərək “Brexit” istiqamətində qəti addımlar atacağı barədə məlumatlar dolaşırdı. Hazırda ölkədəki siyasi ekspertlər və analitiklər iqtidar partiyası sıralarından yeni istefaların olacağını da istisna etməyib.

Consonun qazandığı bütün mandat səsvermələrini itirməsi halında parlament erkən səsverməyə gedə bilər.

Həşim Səhrablı 

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv