İnkassator maşınına basqın edən dəstə yaxalanıb

media-hightechnic-468x90
mkppRusiya paytaxtında inkassator avtomobilinə basqın edərək 5 milyon rus rublu (145 min ABŞ dolları) aparan və tərkibində Azərbaycan vətəndaşlarının da olduğu dəstə yaxalanıb.
Mayın 22-də paytaxtın “Sadovod” bazarında 4 nəfər miqrant inkassatora hücum edib, sürücü və təhlükəsizlik xidmətinin əməkdaşını yaralayaraq maşındakı 5 milyon rublu oğurlayıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər yaxalanıb.

Əməliyyatçılara məlum olub ki, onlar əldə etdikləri pulu döyüşlərin getdiyi Şimali Qafqaz federal dairəsi ərazisində silahlı qrupların formalaşdırılmasına yardım məqsədilə göndəriblər.

Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfərin 33-40 yaşlarında olan Azərbaycan və Özbəkistan vətəndaşları olduqları bildirilib. Onların üzərindən odlu silah aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600