!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsandan əvvəl dəfn edilən ümidlər: “Yaxşı olacaq”lar yaxşı olmadı – Rəfi Müslümov yazır

!Reklam – Yazi

Adəm övladı yarandığı gündən bəri ancaq gözləyir. Gözləmək həm də insanın fitrətində olan bir xüsusiyyətdir. Hər birimiz ömrümüzün sonuna qədər nələrinsə yaxşı olacağını gözləyərək, bəzən arzumuza çata bilmədən bu dünyadan köçüb gedirik.

Bu gün yolda gələrkən məni bu köşəni yazmağa vadar edən səbəbi sizə qısaca söyləmək istəyirəm. Bundan bir neçə gün öncə çox yaxın bir qohumumuzun ağır vəziyyətdə Bakıya gətirildiyini xəbərini eşitdim. İşdən sonra özümü həmin xəstəxanaya yetirdim. Oraya çatanda hər kəsin səssizcə dayanıb, həkimlərdən bir xəbər gözlədiyini gördüm. Hətta özüm də həkimlə danışıb vəziyyəti öyrəndim. Vəziyyət isə heç də yaxşı deyildi. Qadın hamilə olmasına baxmayaraq, övladını sağ-salamat götürmüşdülər. Özü isə artıq 1 həftəyə yaxındır ki, komada idi.

Nə başınızı ağrıdım, içəridən çıxandan sonra beynimdə ancaq bu fikir var idi. Reallıq bu qədər acı ikən insanı yaxşı bir hadisənin olmasını gözləməyə vadar edən səbəb nədir? Yoldaşı ilə çöldə dayanıb, söhbət edirdim. Əslində, o da həqiqəti bilirdi, o da anlayırdı ki, vəziyyət nə yerdədir, amma yenə də bir ümid işığının olacağına inanır, xanımının oyanacağı günü səbirsizliklə gözləyirdi. Bəli, mütləq şəkildə qəlbinin bir kənarında onun komadan ayılacağına inanır, yeni doğulmuş qızlarını qucağına alacağına ümid edirdi.

İnam, sən nə qəribə bir anlamsan? Əslində, bir zamanlar mən də hər şeyin bir gün yaxşı olacağına səmimi qəlbdən inanırdım. Ta ki 2021-ci ildə ağır xəstəlikdən sonra anamı itirənə qədər. Mənim ümidim də məhz həmin gün qırılmışdı. Hər daim onun ayağa qalxacağına inansam da, gözümün önündə əriyən anamı görəndə artıq içimdəki inam cücərtilərinin üstünü böyük bir ayaz bürüyürdü. Mən elə inanmağı o vaxtdan itirdim. Doğrudur, insan həyatda mütləq şəkildə sınanılır, enişlərə-yoxuşlara düşür. Amma inamın qırılması qədər faciəvi heç nə yoxdur.

“Ümid kasıbın çörəyidir” deyirlər. Bizim də daim “yaxşı olacaq” sözünü beynimizə o qədər yeridiblər ki, indinin özündə belə bu həyatda “bir ümid” deyib yaşayırıq. Bir də gözümüzü açanda görürük ki, nə can o candır, nə də yaş o yaş… Ona görə də bu günün özündə belə hər məsələdə inamı olan adamlara qibtə edib, onlara həsrətlə baxıram. Bəzən düşünürəm ki, kaş mənim də nəyisə etməyim üçün ümidim olaydı, amma yox, alınmır, olmur. Bəlkə də mən inamımla ümidlərimi o vaxtdan qəlbimdə basdırmışam. Bəlkə də bunu özümə etiraf etməyə cəsarətim çatmır? İndi siz deyin, nədir axı bu ümid?

COP29

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv