!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanların səhhətini “oynadan” MAQNİT QASIRĞASI: “Sağlam şəxslərdə də müəyyən diskomfort...”

!Reklam – Yazi

“Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir”.

Bu fikirləri müntəzəm təkrarlanan maqnit qasırğalarının insanların səhhətinə təsiri haqda danışan nevroloq Rəna Abbasova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu təbiət hadisəsi ilə bağlı xroniki ürək qan-damar xəstəlikləri olan insanlar xüsusi risk qrupuna aid edilir:

“Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, yuxusuzluq, ümumi zəiflik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır. Bu mənada xroniki ürək qan-damar xəstəlikləri olan insanlar xüsusi risk qrupuna aiddir.

Maqnit qasırğası zamanı həmin şəxslərdə arterial qan təzyiqinin normadan yüksək, yaxud aşağı olması onların sağlamlığı üçün risk faktoru hesab oluna bilər. Bu, eyni zamanda, beyin qan dövranının pozulmasına da gətirib çıxarır. Əgər belə hallar baş verərsə, mütləq həkimə müraciət etmək lazımdır. Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir.

Bununla yanaşı, maqnit qasırğası zamanı bəzən tam sağlam insanlarda da müəyyən diskomfort hissi yarana bilər. O halda müəyyən sakitləşdirici preparatlardan istifadə etmək mümkündür. Həmçinin belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv