!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnteqrasiyadan "QAÇANLAR": “İmkan versələr, Qarabağda bir erməni belə qalmaz”

!Reklam – Yazi

“Separatçı rejim və rus sülhməramlıları imkan versə, Qarabağda bir nəfər belə olsun, erməni qalmaz. Çünki onlar azərbaycanlılara, Azərbaycana qarşı necə cinayət əməlləri törətdiklərini yaxşı bilirlər”.
Bunu son vaxtlar Laçın keçid-buraxılış məntəqəsindən hər gün 60-70 nəfər erməninin keçid edərək Qarabağı tərk etməsinin səbəblərindən danışan Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağda yaşayan və hazırda bölgəni tərk edən ermənilər məskunlaşdıqları Azərbaycan ərazisində gələcək perspektivinin olmadığını yaxşı başa düşürlər:

“Laçın SBM-dən hər gün 60-70 nəfər erməni keçid edir. Məsələnin mahiyyətini anlamaq üçün yaxın keçmişə nəzər salmaq lazımdır. Belə ki, separatçı rejim Xankəndidəki əhalinin blokadaya alındığını, burada humanitar böhran yaşandığını iddia edirdi. Əlavə olaraq humanitar yardım dolu TIR-ları sərhədə yığaraq şou yaratmağa çalışdı. Məqsəd isə beynəlxalq ictimaiyyəti Xankəndidə insanların aclıq, blokada şəraitində yaşadığına inandırmaq idi.

Məqsədlərinə çata bilmədilər. Azərbaycan BMT çərçivəsində növbəti uğurlu addımını atdı. Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin heç də blokada altında olmadığını, humanitar böhranın yaşanmadığını bütün dünyaya sübut etdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı ermənilərdən boşaltmaq planının olduğunu düşünmürəm. Düzdür, müharibəni bitirmək istəyir, lakin rəsmi şəkildə yazılı sənədlərlə bunu təsdiq edə bilmir. Çünki o, ciddi qərar verəcək iradəyə sahib deyil.

Əlavə olaraq, erməni xislətini unutmaq olmaz. Paşinyan beynəlxalq iclaslarda Qarabağın Azərbaycana aid olduğunu, Ermənistanın Azərbaycan ərazisinin 86.6 kv/m-lik ərazisini tanıdığını deyir. Lakin ölkəsinə döndükdə Laçına TIR-ları göndərir. Bir sözlə, ikili oyun oynayır. Bu isə onun nə qədər təhlükəli olacağından xəbər verir.

Qarabağda yaşayan və hazırda bölgəni tərk edən ermənilər məskunlaşdıqları Azərbaycan ərazisində gələcək perspektivinin olmadığını yaxşı başa düşürlər. Separatçı rejim və rus sülhməramlıları imkan versə, Qarabağda bir nəfər belə olsun, erməni qalmaz. Çünki onlar azərbaycanlılara, Azərbaycana qarşı necə cinayət əməlləri törətdiklərini yaxşı bilirlər. Əlacları olsa, Rusiyaya, Ermənistana, yaxud hansısa Avropa ölkəsinə müraciət edib sığınacaq alarlar. Xaçatryanın tutulmasından sonra təşvişə düşən ermənilər təcili olaraq Qarabağdan qaçmağa çalışır. Qaça bilməyənlər isə fürsət düşən kimi bölgəni tərk edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv