“İnter” və “Milan” “San-Siro” stadionu barədə razılığa gəliblər

media-hightechnic-468x90

İtaliyanın “İnter” və “Milan” klubları “San-Siro” stadionunun alınması ilə bağlı razılığa gəliblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Milan meri Cüzeppe Sala yaxın günlərdə şəhər şurasına stadionun satışına dair qətnamə təqdim ediləcəyini bildirib.

Onun sözlərinə görə, stadionun satışı ilə bağlı qərarın bu ayın sonuna qədər təsdiqlənməsi gözlənilir: “Sabah bu məsələ ilə bağlı şəhər şurasına müraciət edəcəyik. Yeni stadionun 2031-ci ilə qədər hazır olması planlaşdırılır. Əks təqdirdə UEFA Milanı Avro-2032-nin oyunlarına ev sahibi kimi nəzərdən keçirməyəcək”.

Qeyd edək ki, 1926-cı ildə istifadəyə verilmiş “San-Siro” 80 mindən çox tamaşaçı tutumu ilə İtaliyanın ən böyük stadionudur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05