İnternat məktəblərinə səfər olacaq

Məlumata görə, səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla yaxından təmas qurmağa şərait yaratmaqdan ibarətdir.
Beynəlxalq Əlillər Gününə təsadüf edən səfər zamanı qonaqlar 11 saylı inteqrasiya təlimli internat məktəbində yaradıcılıq sinfinin açılışına qatılacaqlar. Onların tədris ocağının şagirdləri ilə birgə naharı da nəzərdə tutulur.
Təhsil Nazirliyi ictimaiyyət nümayəndələrinin internat məktəbləri ilə ünsiyyətini genişləndirməyə xidmət edən belə səfərləri mütəmadi olaraq təşkil edəcək.(qafqazinfo.az)