İnternet çağında yeni dönəm başlayır: Alimlərdən inqilabi KƏŞF

media-hightechnic-468x90

“Microsoft”un dəstəklədiyi alimlər içi boş şüşə liflərdən hazırlanmış yeni nəsil internet kabelləri ilə həm sürəti artırmağı, həm də xərcləri azaltmağı bacarıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, işığı hava dolu mikroskopik kanallardan ötürən bu texnologiya ənənəvi şüşə liflərdən 45 faiz sürətlidir.

“Nature Photonics”də dərc olunan araşdırmaya görə, yeni dizayn siqnal itkisini azaldaraq məsafəni iki dəfə uzadır və ötürmə gücünü min qat artırır.

Alimlər texnologiyanın bant genişliyini 5-10 dəfə artıraraq süni intellekt, uzaqdan tibbi əməliyyatlar və sürücüsüz avtomobillər üçün yeni imkanlar yaradacağını bildirir.

Souzhəmpton Universitetində qurulan və 2022-ci ildə “Microsoft” tərəfindən alınan “Lumenisity” şirkəti artıq istehsala başlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05