!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İntihar həddində olan idmançımız prezidentə müraciət edir  - VİDEO

!Reklam – Yazi

Avqustun 11-də Azərbaycanın uşu-sanda millisinin sabiq üzvü Emin İsmayılovun Gənclər və İdman Nazirliyinin önündə təkbaşına etiraz aksiyası keçirtdiyini xəbər vermişdik.

Yenicag.az-ın məlumatına görə, o, müalicəsi üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, İsmayılova müsbət cavab verilməyib. Nəticədə, biganəlikdən bezən idmançı, etiraz olaraq özünü yandırmaq istəyib. Lakin son anda polis əməkdaşları Eminin özünə qəsdinin qarşısını alıblar.


Hadisədən 19 gün keçməsinə baxmayaraq, Emin İsmayılovla maraqlanan yoxdur. Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə danışmaq istəsək də, o, imtina etdi:

“Bu barədə dəfələrlə açıqlama vermişəm. Səmimi deyirəm, bu mövzu ilə bağlı danışmağımın heç bir mənası yoxdur. Üzrlü sayın”, deyə nazirliyin sözcüsü əməkdaşımızla söhbətində bildirib.

İş burasındadır ki, Emin 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında zədələnib, Bakıya qayıdarkən müalicəsi üçün nazirliyə müraciət edib. Lakin Azad Rəhimovun nazir olduğu qurumdan ona sadəcə, həkim məsləhəti üçün imkan yaradılıb. İdmançının müalicəsi isə baş tutmayıb. Bunu İsmayılov da saytımıza açıqlamasında təsdiqləyib:

“Məni o vaxt çağırıb, həkimlərin konsultasiyasının nəticəsini verdilər. Sadəcə, həkimlərin məsləhətini eşitdim. Müalicəni isə təsdiqləmədilər. Belə çıxır ki, mənim hesabıma həkimlər də qazanıb. Sözlərindən belə çıxdı ki, get nə istəyirsən elə”.

Qeyd edək ki, Emin İsmayılov saytımıza açıqlamasında son ümid yeri olaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini bildirib.

Emin Səfərov
Yenicag.az

COP29

www.yenicag.az

1555
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv