Yeniyetmələrin mübahisəsi VALİDEYNLƏRİN QANLI DAVASI İLƏ BİTDİ

media-hightechnic-468x90

Cəlilabad rayonunda yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

media-banner_tuq

Yenicag.az APA-nın cənub bürosuna istinadən verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yeniyetmələr arasında yaranan mübahisədən sonra onların valideynləri, Nicat Cəbiyev və İlqar Quliyev məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə bıçaq xəsarətləri yetirib.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı N.Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05