Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi də 1.14$-a ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.15$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorlarında diqqət mərkəzindədir.

GBP

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. 1.27$-a təklif edilən funt sterlinqin dünya birjalarında qiyməti 1.28$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma burada da 1.29$-a kimi davam edə bilər.

İngiltərə höküməti ilə Avropa Birliyi arasında razılaşdırılan Brexit sazişinin gələn həftə parlamentdə səs verməyə çıxarılması da böyük maraqla gözlənilir.

TRY

Türkiyə maliyyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilməkdədir. 5.33TL-yə ticarət edilən USD/TRY məzənnəsi 5.30TL-ni də aşağı istiqamətdə qırarsa, 5.20TL-yə kimi də ucuzlaşa bilər.

OIL

Avropanın Brent markalı neftinin qiyməti dünya bazarlarında tələbin artması ilə 57$-a kimi bahalaşıb. Qiymət 58$-ı da yuxarı istiqamətdə qırarsa, 62$-a kimi də dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1292$-ı (41.5 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1309$-a (42.1 $/qram) kimi də dəyər qazana bilər.

www.yenicag.az

4163